Pakistanda yenə də meymunçiçəyinə yoluxma aşkarlandı
Dünya 7

Pakistanda yenə də meymunçiçəyinə yoluxma aşkarlandı

Pakistanda cari il üzrə meymunçiçəyi virusuna (mpox) ilk yoluxma halı qeydə alınıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilir ki, virus aşkarlanan şəxs avqustun 3-də Yaxın Şərq ölkələrindən birindən Pakistana qayıdıb.

Xatırladaq ki, hazırda bir neçə Afrika ölkəsində meymunçiçəyi virusunun yayılması müşahidə edilir. Bununla yanaşı, İsveçdə sözügedən virusun mutasiyasına ilk yoluxma halı qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus virusun yayılmasını beynəlxalq səhiyyədə fövqəladə vəziyyət olduğunu bildirib.

Onu da qeyd edək ki, Pakistanda 2023-cü ildə də meymunçiçəyinə yoluxma halları aşkar edilmişdi.



Son xəbərlər