16
августа
2024
07:24
Dünyanı qorxuya salan ölümcül xəstəliklə bağlı NAZİRLİKDƏN AÇIQLAMA
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma hadisəsi qeydə alınmayıb.
BiG.AZ xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.
Məlumatda qeyd edilib ki, hazırda epidemioloji vəziyyət nəzarət altındadır.
Qeyd edək ki, Afrika İttifaqının Səhiyyə Xidməti mpox (meymunçiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb. ÜST-ün son məlumatlarına görə, dünyada meymun çiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib.