17
декабря
2017
16:05
32 yaşlı qadın hamamda öldü
Mingəçevirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
BAKU.WS-in lent.az-a istinadən verdiyi məlumata görə, şəhərin Günəşli qəsəbəsində yaşayan Ağdam rayonundan məcburi köçkün, 1985-ci il təvəllüdlü Nuriyyə Albalıyeva hamam otağında dəm qazından zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.