Avtobuslarda gediş haqqı düzgün hesablanmır?
Cəmiyyət 13

Avtobuslarda gediş haqqı düzgün hesablanmır?

Sərnişinlər şəhərətrafı və qəsəbələrarası avtobuslarda gediş haqqının düzgün hesablanmamasından narazıdırlar.

Məsələn, 211 nömrəli avtobusla "Sədərək" Ticarət Mərkəzindən metronun "Koroğlu" stansiyasına qədər getmək üçün də, bir dayanacaqlıq yola görə də eyni məbləğ - 55 qəpik ödəməlisiniz.

Yaxın və uzaq məsafə arasında fərq qoyulmamasından şikayətlənən sərnişinlər əlavə ödəniş etmək istəmədiklərini qeyd edirlər.

Məsələ ilə bağlı "BakuBus"dan bildirilib ki, qiymət Tarif Şurası tərəfindən hesablandığına görə daşıyıcı şirkət buna müdaxilə edə bilməz.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, şəhərətrafı və qəsəbələrarası avtobuslarda tariflər məsafəyə görə dəyişir:

"Şəhərdaxili marşrutlarda məsafəyə görə diferensial ödənişlərin tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir. Hazırda sərnişindaşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülür".

Daha ətraflı Baku TV-nin materialında:



Son xəbərlər