18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Bu marşrut xətlərində də ödəniş "BakıKart"la olacaq

Bu marşrut xətlərində də ödəniş "BakıKart"la olacaq
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin keçirdiyi müsabiqənin nəticələrinə uyğun olaraq noyabrın 1-dən 592 nömrəli (Xırdalan şəhəri – Görədil kəndi) müntəzəm marşrut xətti üzrə "Xaliq Faiqoğlu" şirkəti sərnişinlərə xidmət göstərir.


"Qafqazinfo" xəbər verir ki, bu gündən marşrut xətti üzrə kiçiktutumlu avtobuslar ortatutumlu nəqliyyat vasitələri ilə yenilənib.


"Xaliq Faiqoğlu" şirkətindən bildirilib ki, noyabrın 13-dən 592 saylı marşrut xətti üzrə elektron (BakıKart) ödəniş sistemi tətbiq ediləcək. Artıq avtobuslarda ödəniş cihazlarının quraşdırılmasına başlanılıb.


Bununla yanaşı 567 nömrəli (Qobu qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) marşrut xətti də noyabrın 13-dən elektron ödəniş sisteminə qoşulacaq.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница