Bakı funikulyorunda da gediş haqqı artıb? - Rəsmi AÇIQLAMA
Cəmiyyət 7

Bakı funikulyorunda da gediş haqqı artıb? - Rəsmi AÇIQLAMA

İyul ayının 1-dən ictimai nəqliyyatda gediş haqları artırılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən tariflər yenilənib, şəhərdaxili avtobuslarda və metro nəqliyyatında gediş haqqı 50 qəpik müəyyənləşib.

Paytaxtda Şəhidlər xiyabanı ilə Dənizkənarı Milli Parkı ən qısa yolla birləşdirən nəqliyyat vasitəsi Bakı funikulyorudur.

Cəmi iki stansiya, "Bəhram Gur" və "Şəhidlər Xiyabanı" arasında gediş-gəlişi təmin edən, həmçinin, şəhərin gözəlliyini seyr etmək üçün istifadə edilən funikulyorda gediş haqqı artıbmı? Ümumiyyətlə, xidmətə görə qiymətdə dəyişiklik gözlənilirmi?

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, qiymətdə artım yoxdur:

"Hazırda funikulyorda 1 nəfər üçün gediş haqqı 1 manatdır. Qiymətdə hər hansı dəyişikliyin olması isə qurumun səlahiyyətində deyil".

Qeyd edək ki, funikulyor 64 ildir, fəaliyyət göstərir. Bir müddət pulsuz xidmət göstərən funikulyorun iki stansiyası var və onlar arasındakı məsafə 455 metrdir. Vaqonlar hər 10 dəqiqədən bir yola düşür.



Son xəbərlər