Paris-2024: Futbol üzrə Braziliya seçməsi finalda ABŞ ilə qarşılaşacaq

Paris-2024: Futbol üzrə Braziliya seçməsi finalda ABŞ ilə qarşılaşacaq
İdman 6

Yarımfinal mərhələsində İspaniyanı 4:2 hesabı ilə məğlub edən Braziliya finalda Almaniya ilə görüşdə 1:0 hesablı qələbəyə sevinən ABŞ ilə üz-üzə gələcək.

Oxu.Az xəbər verir ki, avqustun 10-da ilk öncə İspaniya Almaniya ilə bürünc medal uğrunda mübarizə aparacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qızıl medal uğrunda Braziliya-ABŞ final görüşü isə həmin gün Bakı vaxtı ilə saat 19:00-da keçiriləcək.


Oxşar xəbərlər

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив