17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb 23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu

Boks çempionları Bakıda rinqə çıxacaqlar

Boks çempionları Bakıda rinqə çıxacaqlar

Sentyabrın 28-də Bakıda boks üzrə Beynəlxalq Boks Assosiasiyası (İBA) Çempionlar Gecəsi təşkil olunacaq.

Oxu.Az Azərbaycan Boks Federasiyasının (ABF) mətbuat xidmətinə istinadən xəbər verir ki, ABF-nin 100 illiyi çərçivəsində Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda dünyanın ən güclü boksçularının iştirakı ilə 8 döyüş baş tutacaq.

Bu görüşlərin 4-də Azərbaycan idmançıları da təmsil olunacaq. 51 kq-da Avropa çempionu Nicat Hüseynov Con Zulueta (Filippin) ilə üz-üzə gələcək.

Dünya çempionatının mükafatçıları Sərxan Əliyevlə (71 kq) Məhəmməd Abdullayev (+92 kq) müvafiq olaraq Monx-Erdene Urançimeq (Monqolustan) və Kristian Salsedo (Kolumbiya) ilə qarşılaşacaq.

İBA Çempionlar Gecəsində üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov (+92 kq) da rinqə çıxacaq. Millinin sabiq üzvünün rəqibi qazaxıstanlı Nursultan Amanjolov olacaq.

Qeyd edək ki, İBA Çempionlar Gecəsi saat 18:00-da start götürəcək.




menu Menu game Oyunlar mail Poçt live Live profile Страница