Günəş Yerə "hücum edir": İlin ən güclü maqnit fırtınası gözlənilir
Hava 5

Günəş Yerə "hücum edir": İlin ən güclü maqnit fırtınası gözlənilir

"Ötən gecə, son 12 gün ərzində ilk dəfə olaraq, Günəşdə maksimum səviyyədə - X1.5 gücündə partlayış baş verib".

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Fobos" Mərkəzi xəbər yayıb.

Bildirilib ki, iyul güclü maqnit fırtınası ilə başa çatacaq.

"İyulun 29-na keçən gecə baş verən partlayış bu ilin ən güclü 20 partlayışı sırasına daxil olub", - deyə məlumatda qeyd olunub.

Mütəxəssislərin sözlərinə görə, partlayışlar səbəbindən artıq bu gecə Yerdə G1 sinifli zəif maqnit qasırğası başlaya bilər.

"Qasırğa çərşənbə axşamı ərzində davam edəcək və günün ikinci yarısında G3 səviyyəsinə (güclü) çatacaq", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası da növbəti iki gün ərzində - 30-31 iyulda G3 səviyyəli geomaqnit qasırğası gözlənildiyini xəbər verib.

Günəş Yerə "hücum edir": İlin ən güclü maqnit fırtınası gözlənilir

Bildirilib ki, hesabat dövrü ərzində Günəş fəallığı artıb. Son sutka ərzində isə ardıcıl M7.7 və M9.9 sinifli alışmalar qeydə alınıb. Maksimal sinifli alışma 3765 regionunda qeydə alınan X1.57 sinifli alışma olub. Alışmalara bağlı olaraq II tip radioemissiya və radiosiqnalların ötürülməsində R2-R3 səviyyəli fasilələr və 10 sm-lik dalğa uzunluğunda radioalışmalar qeydə alınıb. Günəşin səthində ləkələrin sayı azalaraq 11 ləkə qrupunda 189 ləkə müşahidə olunur. Həftə ərzində Yerə doğru istiqamətlənmiş bir neçə tac kütlə atılması (TKA) qeydə alınıb.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 612 km/san, Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 20 nT, radial istiqamətdə isə - 13 nT olub. Hazırda Günəş küləyinin sürəti normaldır (345 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 5.3 nT, radial istiqamətdə isə 3.1 nT təşkil edir.

Məlumatda bildirilib ki, hesabat dövrü ərzində geomaqnit sahəsi sakit-aktiv səviyyələrdə olub. Gözlənilən TKA-nın təsiri nəticəsində isə 26 iyulda G1 (zəif) səviyyəli geomaqnit qasırğası baş verib. Hazırda Kp indeksi 2.3-ə bərabərdir və kosmik hava sakitdir.

Proqnoz günlərində (29 iyul - 4 avqust) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 75%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 20% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə 30-31 iyul tarixlərində S1 səviyyəsinə yüksəlməsi ehtimalı var. Günəş küləyi - ardıcıl baş vermiş TKA-nın təsiri nətiəsində Günəş küləyinin sürətinin 31 iyuladək yüksək olacağı proqnozlaşdırılır.

"Geomaqnit sahəsi - 27 iyulda baş vermiş TKA-nın təsiri ilə bu gün G1 (zəif), 30-31 iyulda isə son günlərdəki aktivliyə bağlı olaraq G3 (güclü) səviyyəli geomaqnit qasırğası gözlənilir", - deyə məlumatda qeyd olunub.



Son xəbərlər