2 oğlan qonşularındakı 17 yaşlı qızı zorladı, hamilə qoydu və... - Azərbaycanda BİABIRÇI OLAY
Hadisə 808

2 oğlan qonşularındakı 17 yaşlı qızı zorladı, hamilə qoydu və... - Azərbaycanda BİABIRÇI OLAY

2 oğlan qonşularındakı 17 yaşlı qızı zorladı, hamilə qoydu və... - Azərbaycanda BİABIRÇI OLAY


Qəbələ rayonunda zorlamada təqsirli bilinən 2000-ci il təvəllüdlü Sadiq Məlikov və onun yaşıdı Akif Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az teleqraf.com-a istinadən xəbər verir ki, Sadiq Məlikov 2014-cü ilin oktyabr ayının ortalarında Qəbələ rayonunun Ziring kəndində 2004-cü il təvəllüdlü Tahirə Məmmədovaya (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) təcavüz edib.

Əqli cəhətdən zəif olan Tahirə Məmmədova Sadiqin qonşusu olub.

Tahirənin və valideynlərinin etibarını qazanan Sadiq ailənin evinə sərbəst gedib-gəlmək imkanı əldə edib. Azyaşlı Tahirə evdə tək olduğu zaman Sadiq ona təcavüz etmək istəyib. Niyyətini həyata keçirmək üçün qızı aldadıb və yataq otağında onunla intim əlaqədə olub.

İstintaq müəyyən edib ki, Tahirə Məmmədova digər qonşusu Akif Babayev tərəfindən də təcavüzə məruz qalıb. O, Tahirənin yaşadığı evə televizorda istifadə olunan peyk antenna kanallarının nizamlanması adı ilə girib və evdə tək olan Tahirə ilə intim əlaqədə olub.

Daha sonra Akif Tahirəyə qarşı seksual xarakterli zorakılıq hərəkətləri də edib, onu oral seksə məcbur edib.

İki oğlan tərəfindən təcavüzə məruz qalan Tahirə sonda hamilə qalıb. Bir qədər sonra ailə üzvləri bu olaylardan xəbər tutublar.

2015-ci ildə təcavüzə məruz qalan Tahirə dünyaya qız uşağı gətirib. Tahirənin atası Sahib baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

Müəyyən edilib ki, Tahirənin qızının bioloji atası Sadiq Məlikovdur. Ondan götürülən qan nümunələri ilə də bu sübuta yetirilib.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində zorlama) maddəsi ilə ittiham elan edilib.

Bundan əlavə Akif Babayevin barəsində əlavə olaraq Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə də ittiham elan olunub.

Cinayət işi üzrə ifadə verən Sadiq Məlikov özünü təqsirli bilməyib. O, qeyd edib ki, Akif Babayevin Tahirə ilə cinsi əlaqədə olmasını görüb, bundan sonra hüquq-mühafizə orqanlarına şikayət edilib: “Akifin barəsində şikayət ediləndən sonra məndən qisas almaq istəyib. Bu səbəbdən mənim də Tahirə ilə cinsi əlaqədə olmamı ifadəsində göstərib. Bundan sonra əsassız olaraq barəmdə cinayət işi başlanıb”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Tahirə Məmmədova hər iki təqsirlənidirlən şəxs tərəfindən təcavüzə məruz qaldığını göstərib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum olunublar. Onların cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri qərara alınıb.

Bu hökmdən narazı qalan Sadiq Məlikov apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Sadiq Məlikovun şikayəti Şəki Apelyasiya Məhkəməsində araşdırılıb. Şikayət təmin olunmayıb.

Bu qərardan narazı qalan Sadiq Məlikov kasasiya şikayəti verib. Kasasiya şikayəti Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə araşdırılıb və sonda əsassız hesab edilib.

Oxşar xəbərlər

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив