"Qızıl top"un qapıçılar arasında yeganə qalibi futbol tarixinin ən yaxşısı seçildi
"Qızıl top"un qalibi, Moskva "Dinamo"sunun və SSRİ milli komandasının keçmiş qapıçısı Lev Yaşin "FourFourTwo" jurnalının keçirdiyi sorğuda futbol tarixinin ən yaxşı qapıçısı seçilib.
Oxu.az nəşrə istinadən xəbər verir, ki, siyahıda 32 qolkiperin adı yer alıb.
Lev Yaşın Olimpiya və beşqat SSRİ çempionu, həmçinin SSRİ kubokunun üçqat qalibi olub. Yaşin futbol tarixində "Qızıl top"un qapıçılar arasında yeganə qalibidir. O, 1963-cü ildə bu mükafata layiq görülüb.
Futbol tarixinin ən yaxşı 10 qapıçısı:
1. Lev Yaşin (SSRİ);
2. Manuel Noyer (Almaniya);
3. Qordon Benks (İngiltərə);
4. İker Kasilyas (İspaniya);
5. Rikardo Zamora (İspaniya);
6. Zepp Mayer (Almaniya);
7. Canluici Buffon (İtaliya);
8. Petr Çex (Çexiya);
9. Peter Şmeyxel (Danimarka);
10. Dino Zoff (İtaliya).