Sabahkı hava ilə bağlı bu yerlərdə iş olmayacaq- Nazirlər Kabineti aydınlıq gətirdi
Xeberler 607

Sabahkı hava ilə bağlı bu yerlərdə iş olmayacaq- Nazirlər Kabineti aydınlıq gətirdi

Sabahkı hava ilə bağlı bu yerlərdə iş olmayacaq- Nazirlər Kabineti aydınlıq gətirdi


Xəbər verdiyimiz kimi, yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aparatında və Milli Hidrometeorologiya Departamentində qərargahlar yaradılıb. Həmçinin nazirliyin bütün qurumları səfərbər edilərək gücləndirilmiş iş rejiminə keçib.

Bununla bağlı Nazirlər Kabinetindən MAY.AZ-a verilən məlumata görə, hələlik bağçalar, uşaq evləri kəskin hava şəraiti ilə bağlı olaraq işləməyəcək. Məktəb və digər iş yerləri ilə bağlı hələlik qərar verilməyib. Sabah ölkə ərazisində qeyri-sabit hava şəraiti gözlənilir. İnsanlarımıza bununla bağlı olaraq bütün təhlükəsizlik qaydalarına riayət etməklərini məsləhət görürük”.

Aysel Yusifqızı

Son xəbərlər