08
декабря
2019
21:31
13 və 16 yaşlı qızlarını zorlayan ata həbs edildi
Türkiyədə 13 və 16 yaşlı qızlarını zorlayan şəxs məhkəmə qarşısına çıxarılıb.
Tokat vilayətinin Erbaa qəsəbəsində 16 yaşlı qızı Z.Ş və 13 yaşlı qızı S.Ş-nı mütəmadi olaraq cinsi zorakılığa məruz qoyan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bildirilir ki, qızların zorlanması onlardan birinin məktəbdə özünü pis hiss etməsindən sonra üzə çıxıb. Z.Ş-nın ürəyinin getməsindən sonra müəllimləri araşdırma aparıb. Onun atası tərəfindən cinsi istismara məruz qalması məlum olandan sonra polisə xəbər verilib və 4 uşaq atası olan S.Ş tutulub.
Ataları tərəfindən zorlanan qızlar dövlət himayəsinə götürülüb.(publika)