Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ
Hava 679

Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ



Yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aparatında və Milli Hidrometeorologiya Departamentində qərargahlar yaradılıb. Həmçinin nazirliyin bütün qurumları səfərbər edilərək gücləndirilmiş iş rejiminə keçib.

MAY.AZ bildirir ki, bu barədə report-a nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

Mətbuat katibi bildirib ki, ETSN-in aparatında yaradılan dövlət qurumları və nazirliyin regional idarələri arasında koordinasiyanın daha da gücləndirilməsi məqsədilə operativ faktiki hava məlumatları təqdim olunacaq.

Milli Hidrometeorologiya Departamentində yaradılan qərargahdan isə müşahidə olunan proseslə bağlı ətraflı məlumatların (yağıntılar, küləyin sürəti, istiqaməti, dənizdə dalğanın hündürlüyü) hər üç saatdan bir aidiyyəti dövlət orqanlarına ötürülməsi təmin ediləcək. Məlumatlar ictimaiyyətə KİV vasitəsilə canlı və yazılı şəkildə çatdırılacaq.

Son xəbərlər