Təhsil haqqını ödəyə bilməyən tələbələrə hansı GÜZƏŞTLƏR EDİLƏCƏK?- AÇIQLAMA
Elm və Təhsil Bakı 2

Təhsil haqqını ödəyə bilməyən tələbələrə hansı GÜZƏŞTLƏR EDİLƏCƏK?- AÇIQLAMA - Açıqlama

Bu günlərdə təhsil xərclərinin artması ilə bağlı məlumatlar yayılıb. Təəssüf ki, bu məlumatların çoxu da əsaslıdır. Bəs təhsil xərclərinin ödənilməsi üçün aztəminatlı ailələrə güzəşt ediləcəkmi?

Mövzu ilə bağlı BiG.AZ-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil tədqiqatçısı Elmin Nuri bildirib ki, təəssüf ki, ildən ilə bir neçə təhsil müəssisəsi təhsil xərcini artırır:

"Bu il də bir neçə təhsil ocağında fərqli fakültələrin xərclərinin artmasının şahidi olduq. Bunun səbəbi də universitetlərdə müəllimlərin maaşı və digər xərclərin tələbələrin ödədiyi təhsil haqqına görə verilməsidir. Azərbaycanda təəssüflər olsun ki, elm bazarı yoxdur. Universitet tədqiqat müəssisəsi olaraq gəlir qazana bilmir. Elmin istehsalata, marketinqə, biznes dünyasına tətbiqi yoxdur. Buna görə də universitet gəlirləri təkcə tələblərin təhsil haqqlarına bağlıdır".

Təhsil haqqını ödəyə bilməyən tələbələrə hansı GÜZƏŞTLƏR EDİLƏCƏK?- AÇIQLAMA

Elmin Nuri vurğulayıb ki, hazırda təhsil xərclərinə güzəşt edilməsində standart bir şablon var:

"Məcburi köçkünlər, şəhid ailələrinin övladları, hər iki valideyinini itirmiş şəxslər, qazi övladları- xüsusilə hər iki Qarabağ müharibələrində iştirak etmiş və əlil olmuş şəxslərin övladları, anası əlillik statusunda olub fikizi əngəlli şəxslər təhsil xərclərindən azaddır. Təssüf ki, aztəminatlı ailələr burada nəzərə alınmır.
Qeyd edim ki, aztəminatlı ailələrin uşaqlarının təhsil xərcləri üçün "Təhsil, tələbə kredit" fondu mövcuddur. Sosial tələbə kreditindən hər bir sosial rifahı aşağı olan ailələrin övladları istifadə edə bilər. Sosial tələbə krediti son dövrümüzdə tələbələrin oxuması və ali təhsil alması üçün böyük imkan yaradır".



Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив