"Ərim məni xəbərsiz boşayıb" - Lalə Məmmədova
"Ayrılıq qərarını qarşı tərəf vermişdi. Çox çalışdım ki, ailəmi qoruyum. Bu ayrılığa görə ona çox minnətdaram. Sağ olsun ki, çox doğru qərar verdi".
Lent.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova qatıldığı teleproqramlardan birində deyib.
Müğənni, bildirib ki, hamilə olarkən keçmiş həyat yoldaşı İlham Qafarov onu xəbərsiz boşayıb.
"O dövrdə ailəmin dağılması mənim üçün böyük zərbə idi, çünki bətnimdə övladım var idi. Bu həyatda iki ömür sürmüş insanam. Hamilə ola-ola o mənə demədi ki, ayrılaq. Elə birbaşa xəbərsiz məhkəmədən boşanma ilə bağlı sənəd gəldi. O zaman qərar vermişdim ki, övladımı dünyaya gətirəcəyəm. Çünki bu övlad Allahın verdiyi paydır. Ayrılığa səbəb ikinci uşaq oldu. O ikinci övladı istəmirdi. Birinci övlad da onun istəyib-istəməyini hiss eləmədim. Amma ikinci övladda konkret şərt qoydu. Heç bir şeyə görə peşman deyiləm. O, mənim həyatımdır və mən bunu yaşamalı idim.
Mən o zaman məhkəməni saxlatdırdım. Dildə mənə söyləmişdi ki, ayrılaq. İnsanıq da, fikirləşirik ki, dildə deyib də.Bəlkə bunu əsəbiləşib deyib. Amma bu qərara görə ona çox minnətdaram. Hələ mən fikirləşdim ki, bu qərara görə gecikmişəm",- deyə o bildirib.
"Sənət qoymadı kiminsə qapısında boynubükük durmağa. Nə yaxşı ki, iki qızım var. Onları mənə verənə qurban olum".