Ağcaqanadlardan qorunmağın asan yolları...

Ağcaqanadlardan qorunmağın asan yolları...
Maraqlı ve Meslehetli 7

Yay aylarında ağcaqanad sancması ilə tez-tez rastlaşırıq. Qorxulu təkcə onların sancmaları deyil, yaydığı infeksiyalardır.

Bəs, ağcaqanadlardan necə qorunmaq olar?

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ağcaqanadlardan qorunmaq üçün müəyyən yollar var.

Bunun üçün limon və mixək ikilisindən istifadə edə bilərsiniz. Limonu ovcunuzda sıxaraq sulandırın. Ortadan ikiyə kəsərək içinə mixəklər qoyun. Ağcaqanadlar bu bitkilərin qoxusunu sevmədiyi üçün yaxın gəlməyəcək.

Ağcaqanadlardan qorunmağın asan yolları...

Yox əgər artıq ağcaqanadların "hücum"una məruz qalmısınızsa, bir neçə asprini suda həlim şəklə gətirib ağcaqanad dişləyən yerlərə sürtün. Bu məlhəm qaşıntını azaldacaq.

Meşəyə gedərkən bədənin açıq yerlərinə balıq yağı sürtmək məsləhətdir.

Ağcaqanad sancdığı yerə nanə və ya toyuq əti qoyanda qaşınma azalır. Həşəratın sancdığı yerin şişməməsi üçün 1 stəkan suda yarım çay qaşığı çay sodası həll edilərək həmin nahiyələr silinir. Naşatır spirti və kalium-permanqanat məhlulundan da istifadə etmək olar.

Təzə sarımsaq, zeytun yağı, duz və sirkə, kömür və sirkə qarışıqları da ağcaqanadlardan qorunmaq üçün yaxşı vasitədir.



Oxşar xəbərlər

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив