"Depressiyada deyiləm, iki övlad böyüdürəm" - Lalə Məmmədova
Şou-biznes 633

"Depressiyada deyiləm, iki övlad böyüdürəm" - Lalə Məmmədova

"Depressiyada deyiləm, iki övlad böyüdürəm" - Lalə Məmmədova


“Mahnılarımın milyonlarla izlənilməsi mənim üçün önəmli deyil. Heç gözləmirəm də. Son 20-30 il ərzində səsləndirilən mahnıların içərisindən onunu seçib ifa etmişik. İnanıram ki, yaxşı nəticə verəcək”.

Bu sözləri Axşam.az-ın suallarını cavablandıran Əməkdar artist Lalə Məmmədova yeni musiqi layihəsi barədə danışarkən deyib.

O, son zamanlar tez-tez görüntüsünü dəyişməsi barədə də söz açıb:

“ Çox sevinirəm ki, Lalə olaraq bu obrazları özümə yaraşdıra və daşıya bilirəm. Bu gün qarşınızda olan içimdəki Lalədir - inamlı və güvənli. Artıq ətrafa da işıq saça bilirəm. Depressiyada deyiləm. Ola da bilməz. Buna haqqım yoxdur, çünki iki övlad böyüdürəm”.

Müğənni övladları ilə iş çoxluğundan az vaxt keçirdiyini dilə gətirib:

“Bacardığım qədər uşaqlarıma vaxt ayırıram. Amma iş-güc adamıyam. Tam istədiyim qədər maraqlana bilmirəm”.

L.Məmmədova ev probleminin hələ də həll olunmadığını söyləyib:

“Ev problemimiz həll olunmayıb. Valideynlərimlə yaşayıram. Yenə də ümid kəsilməz. Yəqin ki, günün birində evim olacaq”.

Oxşar xəbərlər

Son xəbərlər