Mənzil bazarında kəskin BAHALAŞMA
Mənzil bazarında qiymətlərdə kəskin artım müşahidə olunur.
Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, ötən il 100 000 manata köhnə tikilidən satılan mənzil indi 109 000 manata, yeni tikilidən 100 000 manatlıq mənzil isə indi 112 000 manata təklif edilir. Qiymət artımı yeni tikililərdə bir otaqlı, köhnə tikililərdə isə iki-üçotaqlı mənzillərində daha çoxdur.
Vüqar Oruc qeyd edib ki, mənzil bazarında qiymətlər artan tendensiya ilə formalaşıb və bu ənənə illərdir davam edir. Qiymətlərin artma səbəbi isə hər dövr üçün müxtəlifdir. Buraya tikinti materiallarının qiyməti, bazara marağın artması və digər amillər təsir edir.
V.Orucun sözlərinə görə, ilkin və təkrar satışa çıxarılmış mənzil bazarında müşahidə olunan artım hələ davam edəcək. Buna səbəb isə daşınmaz əmlakın investisiya cazibədarlığının yüksəlməsi faktorudur.
Ətraflı "Xəzər Xəbər"in süjetində: