21
июня
2024
07:34
13 günlük körpənin üzərinə qaynar su töküldü
Sumqayıtda 13 günlük körpə yanıq xəsarəti alıb.
"Report" un yerli bürosu məlumat verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Şəhər sakini, 2024-cü il təvəllüdlü (13 günlük) Zeynəb Yaşar qızı Xanməmmədli yaşadığı evdə ehtiyatsızlıq zəminində üzərinə qaynar su tökülməsi nəticəsində termiki yanıq xəsarətləri alıb.
Yaralı xəstəxanaya çatdırılıb.