4 MART

4 MART
Tarixdə bu gün 2

1919-cu il. Məşhur milyonçu və mesenat Ağa Musa Nağıyev vəfat edib (1842-1919).


Çox kasıb bir ailədə doğulan Ağa Musa Nağıyev sonradan Bakının ən varlı şəxslərdən biri olub (deyilənə görə, 400 milyondan çox pulu varmış). Bu gün də memarlıq baxımından Bakının bəzəyi olan binalar tikdirib. Hazırda AMEA-nın Rəyasət Heyətinin yerləşdiyi bina (İsmailiyyə), Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Səhiyyə Nazirliyinin binaları, Azneft kimi tanınan bina, Ali Məhkəmənin əvvəlki binası, Opera və Balet Teatrının yaxınlığındakı ev, keçmiş “Astoriya” və “Yeni Avropa” mehmanxanaları, Zabitlər Evi onların ən məşhurlarıdır. O, həmçinin məktəb və xəstəxanalar da tikdirib, Şollar su kəmərinin çəkilişinə çoxlu pul qoyub.

1918-ci il hadisələri zamanı ermənilərin İsmailiyyə binasını yandırmasına dözə bilməyən Ağa Musa Nağıyev xəstəliyə tutulub və bir il sonra vəfat edib. Qəbrinin yeri üç dəfə dəyişdirilib. Sonuncu dəfə nəşinin qalıqları Biləcəri qəbiristanlığında dəfn olunub (1998).



1971-ci il. Akademik Mirməmməd Cavadzadənin rəhbərliyi ilə ilk dəfə xəstəyə böyrək köçürülüb. Bu hadisə nəinki Azərbaycanda, eləcə də Cənubi Qafqazda və Yaxın Şərqdə ilk böyrəkköçürmə əməliyyatı kimi tarixə düşüb. 


1877-ci il. Amerikalı ixtiraçı Emil Berliner mikrofonu kəşf edib.


Bundan bir il əvvəl Aleksandr Bell tərəfindən də mikrofon yaradılmış və Filadelfiyada sərgidə nümayiş olunmuşdu. Lakin həmin mikrofonun maye ötürücülü olması səsin ötürülməsində problemlər yaradırdı. Sərgidə bu mikrofonu görən E.Berliner onu təkmilləşdirərək səs ötürücüsünü gücləndirib və bir il sonra ictimaiyyətə təqdim edib.



1955-ci il. Yaponiyanın “Sony” şirkəti ilk tranzistorlu cib radioqəbuledicisinin istehsalına başlayıb. 


1934-cü il. Dünya şöhrətli amerikalı aktrisa Anne Haneyin doğum günü (1934-2001). Onun kinoda ilk işi 1978-ci ildə, son işi isə 2000-ci ildə olub. 


1678-ci il. İtalyan bəstəkarı, skripkaçı, dirijor və pedaqoq Antonio Vivaldi anadan olub (1678-1741). O, 90 operanın, müxtəlif musiqi alətləri üçün yazılmış 500-dən çox konsertin müəllifidir.

Oxşar xəbərlər

"Aile" serialı Amerikada yayımlanacaq

"Aile" serialı Amerikada yayımlanacaq

...

0 Kino Сегодня, 11:32

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив