Hər gün avokado yeməyin FAYDALARI
Sağlam ol 19

Hər gün avokado yeməyin FAYDALARI

Dietoloqların ən çox tövsiyə etdiyi meyvələrdən biri də avokadodur. 

Lent.az xəbər verir ki, Penn Ştatının Qidalanma Elmləri Departamentindən bir qrup elm adamı avokadonun gündəlik istehlakının pəhriz keyfiyyətinə təsirini müəyyən etmək üçün araşdırma aparıb. İşə ümumilikdə 1008 könüllü cəlb olunub.

Bildirilir ki, iştirakçılardan çox şey tələb olunmayıb. Belə ki, burada sadəcə əvvəllər təyin edilmiş pəhrizə riayət edərək gündə bir avokado yemək istənilib.

Xüsusilə, meyvənin pulpasının bir sıra məhsulların əvəzi kimi istifadə edilməsi təklif edilib. Əsas diqqət “zərif taxıllar və natrium”da yüksək olan qidalar üzərində olub. Nəticədə avokadonun xroniki xəstəliklərin inkişaf riskini azaltmağa kömək etdiyi aşkarlanıb.

Qeyd edilir ki, bu irəliləyişlər pəhrizin keyfiyyətinin, sağlamlığın yaxşılaşdırılmasını və ömrün uzadılmasını nəzərdə tutur. 
 



Son xəbərlər