11
января
2024
13:49
Hansı meyvə xərçəng riskini azaldır?
Sağlamlıq üzrə mütəxəssislər hansı meyvənin xərçəng riskini azaltdığını açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, alma xərçəngin qarşısının alınmasında əla vasitədir. Bütün dünyada geniş yayılmış və münasib qiymətə malik olan bu meyvə fitokimyəvi maddələr kompleksi ilə zəngindir.
Meyvənin tərkibində olan xüsusi qiymətli birləşmələr, üzvi və yağ turşuları immunitet sisteminin gücləndirilməsində və xərçəngin qarşısının alınmasında fəal iştirak edir. Almada tapılan prosiyanidin flavonoidləri tədqiqatçılar tərəfindən xərçəng riskini azaltmağa kömək edən əsas birləşmələr kimi müəyyən edilib.
Alimlər belə qənaətə gəliblər ki, almanın qida rasionuna daxil edilməsi müxtəlif xərçəng növlərinin inkişaf ehtimalını azaldır. Almaların təbii formada, qabığı soyulmamış yeyilməsinə xüsusi diqqət yetirilməlidir, çünki qabığında onların pulpadakı konsentrasiyasından 2-4 dəfə çox olan flavonoidlər var.