09
ноября
2022
23:53
Şirniyyatdan imtina etmədən tez arıqlamağın yolu AÇIQLANDI
Tez arıqlamaq üçün daha çox bitki mənşəli zülal yemək və özünüzə deserti qadağan etməməlisiniz.
BiG.AZ xəbər verir ki, bunu avstraliyalı diyetoloq Lienn Uord deyib. O, "Daily Mail"ə müsahibəsində şirniyyatdan imtina etmədən tez arıqlamağın başqa yollarını təklif edib.
Onun sözlərinə görə, davamlı arıqlamağa ilk növbədə "gizli folmul" kömək edir. Onun mahiyyəti məhsulların pəhrizə əlavə edilməsidir, onların tamamilə çıxarılması deyil. Əsas yeməklərə yüksək lifli karbohidratlar, həm bitki, həm də heyvan mənşəli yağsız protein, sağlam yağlar, ən azı üç rəngli tərəvəz və desert üçün kiçik bir şirin yemək daxil edilməlidir.
Diyetoloq əmin edir ki, gündəlik kalori qəbulunda ümumi azalma və orta fiziki fəaliyyətlə belə balanslaşdırılmış pəhriz uzunmüddətli kilo itkisinə və ümumi bədən sağlamlığına səbəb olacaq. Eyni zamanda, o, hər hansı bir ekstremal və sürətli pəhrizdən imtina etməyi tövsiyə edib, çünki onlar bitdikdən sonra itirilmiş çəki, bir qayda olaraq, geri qayıdır.
Bundan əlavə, çəkinin azalmağa davam etməsi və rejimə riayət etmək, müntəzəm məşq etmək motivasiyasının itirilməməsi üçün Uord kifayət qədər yatmağı və arıqlamaq barədə çox düşünməməyi tövsiyə edib.
Nuranə