Воскресенье
мар 10

Qaqarini 1967-ci ildə ölümdən xilas edən dostu DANIŞDI

Sovet kosmonavtı Yuri Qaqarin 1967-ci ildə Yerə qayıdarkən həlak olan Vladimir Komarovun yerinə yenidən kosmosa çıxa bilərdi. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, ilk kosmonavtın dostu Valentin Petrov bu barədə danışaraq, Qaqarinin Komarovun ölümünə necə reaksiya verməsi ilə bağlı xatirələrini bölüşüb.

“Hökumətə orbitə çıxacağı gəminin “xam” olduğu (və onlar nəyin bahasına olursa-olsun onu işə salmaq istədikləri) barədə məlumat veriləndə Komarov irəli çıxdı və Qaqarin onun dublyoru oldu”, - Valentin Petrov sözləyib.

O əlavə edib ki, Vladimir Komarovun dəfn mərasimində Qaqarin son dərəcə depressiyaya düşmüş vəziyyətdə olub və deyib: “Uşaqlar, mən Volodya yox, uçmalı idim, amma icazə vermədilər...”

Qeyd edək ki, Yuri Qaqarin 1968-ci il martın 27-də təcrübəli təlimatçı V. S. Seryoqinin rəhbərliyi altında MiQ-15UTİ təyyarəsində təlim uçuşu yerinə yetirərkən Vladimir vilayətinin Kirjaç rayonunun Novoselovo kəndi yaxınlığında təyyarə qəzasında həlak olub. Təyyarənin qəzaya uğramasının səbəbləri və şəraiti bu günə qədər qeyri-müəyyən olaraq qalır.



Комментарии (0)

Оставить комментарий