Ukrayna xüsusi xidmət orqanları Rusiyada əməliyyat keçirib, zavodlardan biri partladılıb
Dünya 40

Ukrayna xüsusi xidmət orqanları Rusiyada əməliyyat keçirib, zavodlardan biri partladılıb

Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları və kəşfiyyatçılar Rusiya ərazisində xüsusi əməliyyat keçirib.


"Report" "RBK Ukraina"ya istinadən xəbər verir ki, bu barədə xüsusi xidmət orqanlarındakı mənbələr bildirib.


Qeyd olunub ki, Rusiyanın əsas zavodlarından biri olan Novolipetsk Metallurgiya Zavoduna hücum həyata keçirilib.


Məlumata görə, sözügedən zavod Rusiya üçün xüsusi əhəmiyyətlidir və bu obyektdə hərbi sənaye kompleksləri işləyir, çoxlu sayda dövlət müqavilələri yerinə yetirilir.


Həmçinin qeyd olunub ki, zavodun direktoru Rusiyanın ən zəngin üç adamından biri olan Vladimir Lisindir. Onun ölkə Prezidenti Vladimir Putinlə yaxın münasibətlərinin olduğu bildirilir.


Güclü partlayışdan sonra zavodda yanğın başlayıb. Bütün işçilər obyektdən təxliyə olunub.


KİV-in məlumatına görə, son vaxtlara qədər Novolipetsk Metallurgiya Zavodu nüvə silahı və ballistik raketlərlə məşğul olan Rusiya şirkətləri üçün xammal istehsal edirdi.


Yayılan informasiyada sözügedən obyektin Ukrayna üçün qanuni hədəf olduğu vurğulanıb.

Son xəbərlər