Evliliyi məhv edən ÜÇ SƏHV
Cəmiyyət 18

Evliliyi məhv edən ÜÇ SƏHV

Əvvəllər evlilik sevən insanların ömürlərinin sonuna qədər özünə yol yoldaşı tapmaları idi. Lakin müasir cəmiyyətdə bu məsələ bir qədər dəyişib. Ən xırda problemdə cütlüklər boşanmaya, yollarını ayırmağa yönəlirlər. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, əgər ailənizi itirmək istəmirsinizsə, o zaman evliliyinizi məhv edə biləcək ən təhlükəli üç səhvdən ehtiyatlı olmalısınız.

Onlar nədirlər?

Evlilikdənkənar işlər

Bəzi xanımlar bir sıra səbəblərə görə, yoldaşının kənar münasibətlərə göz yuma bilərlər. Amma bir qrup insan var ki, bağışlanma xahişlərinə belə qulaq asmır. Xanımınızdan boşanmaq istəmirsinizsə, onda nikahdankənar əlaqələrdən imtina etməlisiniz.

Bir-birinə marağın olmaması

Əgər insanla mənəvi və fiziki yaxınlıq hiss etmirsinizsə, evlənməməlisiniz. Əks təqdirdə, yalnız birlikdə yaşayacaq və gündəlik problemləri həll edəcəksiniz. Ancaq hər bir insan əsl sevgisinə rast gələ bilər. Özünüzü və tərəfdaşınızı belə gözəl fürsətdən məhrum etməməlisiniz.

Maliyyə müflisliyi

Mənəvi yaxınlıq və əsl sevgi haqqında istədiyiniz qədər danışa bilərsiniz. Lakin bu, problemlərinizi həll etməyə kömək olmayacaq. Ona görə də güclü və sabit maddi vəziyyəti olan insanla evlənmək lazımdır.



Son xəbərlər