Qadın gündə 100 dəfə orqazm olduğunu deyir - HƏKİMLƏR ÇARƏSİZ QALIB
Keçmiş "Playboy" modeli, "Miss Boom Boom" gözəllik yarışmasının qalibi, bodibilder Susie Kortez gündə 100 dəfəyə qədər orqazm yaşadığından şikayətlənib.
Lent.az xəbər verir ki, bu barədə "Daily Star" yazır.
"Hulk" ləqəbi ilə tanınan 33 yaşlı braziliyalı bildirib ki, onun orqazmları istər-istəməz baş verir.
Qadın bildirib ki, bu onun harada olmasından asılı olmayaraq baş verir və ona görə də son vaxtlar o demək olar ki, evdən çıxmır. O, səbəbləri tam başa düşülməyən nadir bir xəstəlik olan davamlı cinsi həyəcan sindromundan əziyyət çəkdiyinə inanır. Bu sindromda xəstə səbəbsiz cinsi istək yaşayır ki, bu da idarəolunmaz orqazmlara gətirib çıxarır.
O, əlavə edib ki, bir gün idman zalında 50-yə yaxın adam ona baxanda hücum edib.
Qadın iddia edir ki, həkimlər onun vəziyyətinin səbəbini hələ də aydınlaşdırmayıblar.