Novruz adət-ənənələri niyə unudulur? - VİDEO
Xeberler 25

Novruz adət-ənənələri niyə unudulur? - VİDEO

Novruz bayramı xalqımızın ən qədim bayramlarındandır. Novruzun xüsusi adət-ənənələri var. Qapı pusmaq, papaq atmaq, səməni cücərtmək və s. Amma əfsuslar olsun ki, bu bayram adətləri getdikcə unudulur. Bəs niyə tarixin süzgəcindən keçib gələn ənənələri qorumuruq və yaşatmağa çalışmırıq?

Sonxeber.az xəbər verir verir ki, mövzu ilə bağlı "Atv Xəbər" paytaxt sakinləri arasında sorğu keçirib. Paytaxt sakinləri Novruz zamanı edilən adət-ənənələrdən danışıb.

Folklorşünas Sevinc Qasımova isə qədim bayramda edilən adət-ənənələrin unudulmasının səbəblərinə aydınlıq gətirib:

"İndi səməni cücərtmək, səməni halvası bişirmək kimi adətlər artıq unudulub. Əvvəllər insanlar bir yerə yığışardılar. Evdə bayram əhval-ruhiyyəsi duyulardı. İndi isə hər şey hazır edilir. Şirniyyatlar hazır alınır və süfrəyə qoyulur. Bütün bunlar ünsiyyətin azalmasından irəli gəlir".

Ətraflı "ATV Xəbər"in süjetində:



Son xəbərlər