Nazirlər Kabinetində mühüm ixtisarlar - 8 şöbə müdiri işdən çıxarıldı
Xeberler 884

Nazirlər Kabinetində mühüm ixtisarlar - 8 şöbə müdiri işdən çıxarıldı

Nazirlər Kabinetində mühüm ixtisarlar - 8 şöbə müdiri işdən çıxarıldı


Nazirlər Kabinetinin aparatında struktur dəyişikliyi edilib. “Qafqazinfo” xəbər verir ki, dəyişiklik nəticəsində 8 şöbə müdiri işdən çıxarılıb. Bundan əlavə, digər bölmələrdə də ixtisarlar olunub.

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli dəqiq rəqəm açıqlamasa da bildirib ki, dəyişikliklər prezident İlham Əliyevin 23 avqustda verdiyi fərman əsasında aparılır:

“Fərmanda qeyd olunur ki, aparatın yeni ştat cədvəli 1 ay müddətinə tərtib olunmalıdır. Ştat sayı isə 200 nəfər olmalıdır. Ona görə də cənab prezidentin fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin strukturunda yeniləşmələr gedir. Proses hələ ki, gedir, ancaq başa çatmayıb. Buna uyğun olaraq da işdən çıxarılanlar mütləq olacaq. Həmçinin şöbələrin adları da dəyişdirilir, bir qismi birləşdirilir. Yalnız Mətbuat Xidməti şöbəsinin adında dəyişiklik edilməyib. Çünki cənab prezident mətbuatın dostudur”.

Son xəbərlər