Понедельник
фев 26

Kişi keçmiş arvadına bağışladığı orqanı geri istəyir - Ya böyrək, ya da 1,5 milyon dollar

ABŞ-da kişi keçmiş həyat yoldaşından böyrəyini qaytarmasını və ya 1,5 milyon dollar təzminat ödəməsini tələb edir.


Qaynarinfo bu barədə "İndependent" nəşrinə istinadən xəbər verir.


Məlumata görə, arvadı boşanmaq üçün məhkəməyə müraciət edən Riçard Baptistin adlı amerikalı kişi ona şərt qoyub: ya donor kimi ona bağışladığı böyrəyini qaytarsın, ya da 1,5 milyon dollar ödəsin.


Kişi iddia edir ki, öz hərəkəti ilə arvadının həyatını xilas edib. Baxmayaraq ki, onların evliliyi həmin vaxt artıq təhlükə altında olub.


"Birinci prioritetim onun həyatını xilas etmək idi", deyə Riçard Baptistin bildirib.


Lakin ştatın Ali Məhkəməsi Riçardın böyrəyinin hədiyyə olduğunu və təzminat almayacağına qərar verərək onun iddialarını rədd edib. Bundan əlavə, həkimlər kişinin böyrəyinin keçmiş həyat yoldaşından çıxarılmasına qadağa qoyublar.


"Riçardın pul təzminatı almaq cəhdləri təkcə qanunla müəyyən edilmiş qaydaları pozmur, həm də onu cinayət təqibinə məruz qoya bilər", deyə məhkəmənin bəyanatında deyilir.



Комментарии (0)

Оставить комментарий