Суббота
ноя 04

Şvartseneggerin vurduğu velosipedçi qadından gözlənilməz addım

Hollivud ulduzu, amerikalı aktyor Arnold Şvartseneggerin vurduğu velosipedçi qadın məhkəməyə müraciət edib və qəzaya görə təzminat tələb edib.


Bu aktyor üçün gözlənilməz olub. Belə ki, əslində Coan Flikincer adlı velosipedçi aktyorun avtomobil idarə etdiyi zolağa çıxıb. Aktyor sadəcə əyləci basmağa fürsət tapmayıb və qəza baş verib.


Buna baxmayaraq, qadın toqquşmada Hollivud ulduzunun günahkar olduğunu iddia edir.


"Toqquşmada Arnold günahkardır. O, avtomobilini həddindən artıq sürətlə idarə edib və diqqətli olmayıb", - deyə iddiaçı bildirib.


Velosipedçi qəza nəticəsində ağır bədən xəsarətləri aldığını da vurğulayıb.
Qeyd edək ki, qəza bu ilin fevralında baş verib. Həmin vaxt qadının yüngül xəsarətlərlə xəstəxanaya aparıldığı bildirilib.(oxu.az)

Комментарии (0)

Оставить комментарий