21
февраля
2024
18:39
İkinci əl avtomobil alarkən bunlara diqqət edin - Ekspert AÇIQLADI
Keyfiyyətsiz avtomobil aldığınızı göstərən bir neçə əlamət var. Bu barədə ekspert Roman Titov bildirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, onun sözlərinə görə, problemli işlənmiş avtomobil aldığınızın ilk əlaməti tez-tez nasazlıqlardır. O qeyd edib ki, bu, avtomobilin texniki vəziyyətinin pis olmasından xəbər verir.
İkinci göstərici mütəmadi asma və güc blokundan çıxan səslərdir. Onlar müəyyən gizli qüsurları göstərə bilər.
Pis avtomobilin üçüncü əlaməti banın pis vəziyyətidir. Bu, korroziya, zədələnmiş hissələr və ya təmir əlamətləri ola bilər. Dördüncü göstərici yürüşün dəyişdirilməsidir.
Problemli işlənmiş avtomobilin beşinci əlaməti natamam və ya vicdansız texniki xidmət tarixi, vacib sənədlərin olmaması, həmçinin texniki sənədlərdə pozuntular ola bilər.
Titovun sözlərinə görə, işlənmiş avtomobil alarkən ona necə qulluq edildiyinə, sahiblərinin sayına, avtomobilin qəzaya düşüb-düşməməsinə və girovda olub-olmamasına diqqət yetirmək lazımdır.