Воскресенье
фев 18

Qartəmizləyən maşın məktəblini özünə çəkdi: DƏHŞƏT

Rusiya paytaxtında qorxunc hadisə baş verib. Belə ki, Moskvanın şimalında qartəmizləyən maşın məktəblini özünə çəkib.


Məlumata görə, gün ərzində bir aylıq yağıntı düşməsi görüntünün pisləşməsinə səbəb olub.


Dördüncü sinif şagirdi Kirill M. dərsdən sonra evə yollanarkən başı qarışıb və ona doğru gələn qartəmizləyən maşını görməyib. O, maşının fırçasının altına düşüb.
Sürücü dərhal təcili yardım çağırıb. Həkimlər 11 yaşlı uşağı xəstəxanaya aparıblar və orada sağ ayağını əməliyyat ediblər.(oxu.az)

Комментарии (0)

Оставить комментарий