19
января
2024
12:35
Vergi ödəməyən müğənniləri hansı CƏZA GÖZLƏYİR? - AÇIQLAMA
Şad günlərimizin əsas qonaqları sırasında müğənnilər də yer alır. Bu gün toy müğənnilərinin qiyməti dodaq uçuqladacaq dərəcədədir. Bəs bu qədər gəlir qazanan sənətçilər vergi ödəyir? Vergini ödəməkdən boyun qaçıran müğənniləri hansı cəzalar gözləyir ?
Mövzu ilə bağlı BiG.AZ-a danışan vəkil Ramil Süleymanov açıqlama verib.
O bildirib ki, Azərbaycanda toylarda müğənnilik edən ölkənin tanınmış bəzi şəxslərin faktiki olaraq fəaliyyətləri qanunsuzdur.
"Onların əksəriyyəti vergidən yayınaraq işləyirlər. Belə ki onları toya dəvət edən şəxslər öncədən nə behlə bağlı, nə toyda oxumağa görə hər hansı xidmət müqaviləsi bağlamırlar. Onların təqdim etdiyi ödənişi kassa mədaxil orderi, çek ilə rəsmiləşdirmirlər. Nəticə etibari ilə həmin şəxslər aylıq dövriyyələrini gizlədirlər.Bu da vergi qanunvericiliyinin pozularaq cinayət məsuliyyəti yaradır"
Vəkil həmçinin qeyd edib ki, həmin müğənnilər göstərmiş olduğu xidmətə görə çox cüzi məbləqdən göstərərək, əsas gəlirlərini gizlədirlər. Ona görə də aşağı vergi göstərirlər.
"Bəzi restoranlar var ki, müğənniləri özləri ilə müqavilə bağlayaraq onları pərdələyərək, hüquqi şəxs kimi toy edən şəxslərdən külli miqdarda pul alınmasına vasitəçilik edirlər. Bu isə daha ciddi nəticələrə gətirib çıxara bilər. Həm müğənni,həm restoran barəsində Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, cinayət məsuliyyəti yaradır. Belə ki, 213.1-ci maddəyə görə, xeyli miqdarda vergiləri ödəməkdən yayınma vurulmuş ziyanın 2 mislindən 3 mislinədək cərimə, 2 ilə qədər islah işi, 3 ilədək azadlıqdan məhrum etmək ilə cəzalandırılır. Qeyd edək ki, eyni əməllər çoxlu olanda cərimənin məbləği daha da artaraq, azadlıqdan məhrum etmə 3 ildən 5 ilədək artırılır. 213-cü maddəyə görə, xeyli miqdar dedikdə 50.000 manatdan yuxarı, 100.000 manatdan artıq olmayan məbləğ nəzərdə tutulur, külli miqdarda pul isə 200.000 manatdan yuxarı, 500.000 manatdan aşağı, xüsusilə külli miqdarda dediksə isə 500.000 manatdan yuxarı məbləqlər nəzərdə tutulur. Bir vəkil kimi, həm sənətçiləri, həm də restoranları vergiləri vaxtında ödəməyi tövsiyə edirəm. Onları məclisə dəvət edən toy sahiblərinə isə rəsmi çek tələb etmələrini məsləhət görürəm".
AYSEL ƏKBƏR