18
июля
2018
17:46
Könül Kərimova oğlunu universitetə qəbul etdirmək üçün rüşvət verib?
Xəbər verdiyimiz kimi bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb. Belə ki, M.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham edilir.
İttiham aktına əsasən, M.Məmmədova əməkdar artist Könül Kərimovanın oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürdürəcəyi vədi verib və buna görə müğənnidən 32 min manat pul alıb. Lakin sonradan verdiyi vədə əməl etməyib.
Məsələ ilə bağlı bizimyol.info-ya danışan vəkil Fariz Namazlı bildirib ki, məhkəmə Könül Kərimovanın rüşvət verməsi məsələsini də araşdırmalıdır:
“Əvvəlki praktikada rüşvət cerməyə görə məsuliyyət yox idi, sonradan Ali Məhkəmə bu qərarı qəbul edəndən sonra artıq istintaq orqanı rüşvət verən şəxslər barəsində də müvafiq tədbirlər görülür. Əgər həmin şəxs, zərərçəkmişə pulu qeyri-qanuni məsələnin həlli üçün verirsə bu rüşvət sayılır və onların özləri də məsuliyyətə cəlb edilməlidir. Hələ ki, məhkəmənin qərarı olmadığı üçün Könül Kərimovanın rüşvət verdiyi iddia edə bilmərik amma istintaq orqanı Könül Kərimovanın o pulu hansı məqsədlə o şəxsə verməsi əməlinə qiymət verməlidir. Əgər rüşvət verdiyi təsdiq olunarsa Cinayət Məcəlləsinin 311 və 312 (Rüşvət vermə və rüşvət alma) maddəsi ilə cinayət işi açılmalıdır”.
Məsələ ilə bağlı Könül Kərimovanın da mövqeyini dərc etməyə hazırıq.