Analıq məzuniyyətinə görə ödənilən müavinətin müddəti 1 il artırıla bilər? - AÇIQLAMA
Qadın dünyası 58

Analıq məzuniyyətinə görə ödənilən müavinətin müddəti 1 il artırıla bilər? - AÇIQLAMA

Azərbaycanda hamiləlik və doğuşdan sonrakı sosial məzuniyyət müddətinin 14 gün artırılması təklif olunur. Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin yanvarın 18-də keçirilən iclasında çıxış edib. Analıq məzuniyyətinə görə verilən müavinətin müddəti 1 il artırıla bilər?


Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Sonxeber.az-a açıqlama verib:


"Təklif olunan 14 gündür. Hələ bu təsdiq edilsə də maksimum 14 gün təsdiq edilə bilər. Əlbəttə ki, bu müddət 1 il ola bilməz. Burada təkcə artırmaq ilə məsələ bitmir. Daha çox yüklər yaranacaq. Belə olarsa, iş yerlərinə qadınlar götürülməyəcək. Yəni bu pulu ödənişli şirkət ödəyir. Özəl şirkətin büdcəsindən gedir. Belə bir vəziyyət yaranacaq. Şirkətin üzərinə bu yükün ötürülməsi daha çox ona gətirib çıxara bilər ki, daha az həvəslə qadınları işə götürə bilərlər. Təkcə birtərəfli məsələ deyil. Şirkətin xərcinin artması yadda saxlamalıyıq ki, qiymətlərin artmasına gətirib çıxarır. Şirkət heç nəyi öz cibindən vermir. Hər şeyi istehsal etdiyi məhsulun üzərinə qoyub cəmiyyətə ötürür".

Son xəbərlər