27
ноября
2023
10:58
Diananın nişan paltarı rekord qiymətə satılacaq
Diananın 1981-ci ildə "Vogue" jurnalı çəkilişində geyindiyi kofta hərraca çıxarılıb.
BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, ön tərəfində çoxlu bükülü çəhrayı kofta Britaniyanın "Julien's Auctions" hərrac evi tərəfindən satışa çıxarılacaq. Təxmini qiyməti 80 min ilə 100 min dollar arasında olan libas, Diananın şahzadə Çarlzla toyunda geyindiyi məşhur gəlinlik kimi David və Elizabet Emanuel tərəfindən hazırlanıb.
Diananın 1981-ci ilin fevralında "Vogue" jurnalı çəkilişlərində geyindiyi şifon kofta onun "nişan paltarı" kimi məşhurlaşıb. Çünki fotoşəkillərin dərci onun Şahzadə Çarlzla nişanı elanı ilə eyni vaxta təsadüf edir.
Bildirilib ki, hərrac çərçivəsində Mərakeşli modelyer Jak Azagurinin dizayn etdiyi Diananın geyindiyi gecə paltarı 100 min ilə 200 min dollar arasında satışa çıxarılacaq.
Qeyd edək ki, kraliça II Yelizavetanın ölümündən sonra taxta çıxan kral III Çarlzın mərhum keçmiş arvadı Şahzadə Diananın dostlarına göndərilən məktublar da bu yaxınlarda satış çıxarılıb.