24
апреля
2022
17:44
Stenli Kubrikin filmindəki balta 50 min dollara satışa çıxarılacaq
Məşhur amerikalı kinorejissor, prodüser, ssenarist Stenli Kubrikin "Parıltı" filmində qəhrəmanın qapını sındırmaq üçün istifadə etdiyi balta hərraca çıxarılacaq.
Metbuat.az "Gotta Have Rock and Roll" hərrac evinə istinadən məlumat verir ki, hərracda balta üçün minimum təklif hal hazırda 50000 dollar təyin edilib. Lakin, onun dəyəri 60,000 dollar ilə 90,000 dollar arasındadır.
Hərrac evinin qeydinə əsasən, balta orijinallıq sertifikatı və filmdə istifadəsinin sübutu kimi məktubla gəlir. Bundan əlavə, balta cızıqlanmış bıçaq və sapa malikdir və o, filmin adı, ilk səhnəsi və son səhnəsindən olan şəkillərlə birgə qutuda nümayiş olunur.
50 min dollar bir balta üçün çox böyük məbləğ kimi görünsə də, "Screenrant.com" bildirib ki, filmlərdə istifadə olunan əşyalar çox vaxt daha baha satılır. Məsələn, Audrey Hepburnun bir filmində geyindiyi paltar 900.000 dollardan çox, Dorotinin "Oz sehrbazı" filmindəki yaqut başmaqları isə 2 milyon dollara satılıb. Beləliklə, müqayisə etsək, bu balta, xüsusən də klassik bir film üçün ucuz başa gəlir.