23
сентября
2022
20:34
Harri Meqana görə III Çarlzla dava edib
96 yaşında dünyasını dəyişən Kraliça II Elizabetin ölümündən sonra kral ailəsi ilə bağlı şayiələr çıxmağa davam edir.
Axşam.az xəbər verir ki, kral ailəsinə yaxın mənbə Kraliçanın öldüyü gün Şahzadə Harrinin həyat yoldaşı, hersoginya Meqan Markla görə atası III Çarlzla ciddi münaqişə yaşadığı bildirilib. Belə ki, atası ondan Meqanı özü ilə Şotlandiyaya aparmamasını xahiş edib.
Ehtimallara görə, atası ilə mübahisə ucbatından Harri təyyarəni buraxıb və nənəsi ilə vidalaşmağa vaxt tapmayıb. O, Balmorala II Elizabetin ölüm xəbərindən saat yarım sonra çatıb. Həmin gün atası Harrini Kraliça-konsort Kamilla və Şahzadə Uilyam ilə birlikdə III Çarlzın Birkhaldakı mülkünə nahara dəvət edib. Lakin şahzadə Meqanı Balmorala gətirmək üçün icazə almağa o qədər vaxt sərf edib ki, uçuşu qaçırıb. Bundan sonra o, qəzəblənib, nəticədə atası və qardaşı ilə nahar etməkdən imtina edib.
Buna baxmayaraq, Şahzadə Harri sonradan ailəsi ilə birlikdə yas tədbirlərinə qatılıb.
Lakin daha sonra Şahzadə Harri ilə atası arasında yeni münaqişə yaşanıb - bu dəfə uşaqları Arçi və Lilibet üçün titullar üstündə. Belə ki, hakimiyyətdə olan monarxın nəvələri avtomatik olaraq şahzadə və şahzadə titullarını alırlar. Kral Şahzadə Harri və Meqannın övladlarının bu titulları daşıyacağı ilə razılaşsa da, bu, baş tutmayıb. Buna səbəb şahzadə Harrinin övladlarının kral ailəsi üzvlərinin vəzifələrini yerinə yetirməməsi olub. Müvafiq olaraq, onlar da kral ailəsinin üzvlərinə görə polis müdafiəsi almayacaqlar. Məsələ ilə bağlı tərəflər arasında söhbət olsa da, III Çarlz onların tələbini yerinə yetirməyib. Saraya yaxın mənbələr qeyd edib ki, Harri və həyat yoldaşı kralın bu qərarına çox qəzəbləniblər.
Qeyd edək ki, sentyabrın 19-da Kraliçanın dəfn mərasimindən qısa müddət sonra Harri və Meqan Böyük Britaniyanı tərk edərək ABŞ-a qayıdıb.