Вторник
янв 05

Paytaxtda əcnəbilərin yaşadığı ev partladı

Sabunçu rayon Polis İdarəsindən Milli.az xəbər portalına bildirilib ki, partlayış Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi 15-də 42 yaşlı Ülfət Mirzəyevə məxsus evdə baş verib. Partlayış nəticəsində həmin evdə yaşayan Pakistan vətəndaşları - 27 yaşlı Husain Amir, 24 yaşlı Afzal Mohsin, 28 yaşlı Ahmed İstitaq, 33 yaşlı Muhammed Vasin ağır xəsarət alıblar.
Xəsarət alan əcnəbilər 5 saylı xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin ağır olduğu bildirilir.

Hadisə qaz sızması nəticəsində baş verib.

Комментарии (0)

Оставить комментарий