Среда
окт 26

Azərbaycanın ilk tarixi serialı çəkilir

Azərbaycanda ilk dəfə çoxseriyalı tarixi bədii televiziya filmi çəkiləcək.
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən OLAY-a verilən məlumata görə, AzTV-də yayımlanacaq serial iki mövsümdən ibarət olacaq, ilk mövsüm "Atabəylər: Şəmsəddin Eldəniz" adlanır.
Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə çəkiləcək serialın ilk mövsümünün 24 seriyadan ibarət olması nəzərdə tutulub.

Комментарии (0)

Оставить комментарий