31
октября
2023
17:05
"Qızılca infeksiyasının artması onu göstərir ki, uşaqların peyvənd olmasında problem var"- İnfeksionist
Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca və məxmərək xəstəlikləri üzrə sabit epidemioloji vəziyyət müşahidə olunur. Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın şagirdləri arasında 2023-cü ilin sentyabr ayının sonlarından başlayaraq qızılca infeksiyasına yoluxma halları baş verib. Belə ki, gimnaziyanın 22 sinifindən 18-də tək-tək yoluxma halları müşahidə olunub. Bu hallar əsasən qızılcaya qarşı vaksinasiyadan kənarda qalmış uşaqlar arasında baş verib.
Məsələ ilə bağlı infeksionist Mərdan Əliyev BiG.AZ-a açıqlama verib.
"Qızılca xəstəliyindən qorunmaq üçün ilk növbədə peyvənd olunmaq lazımdır. Hazırda uşaqlar bu xəstəliyə yoluxursa, onlar peyvənd olunmayıb. Qızılca infeksiyasına yoluxmağın əsas səbəbi peyvənd olunmamaqdır. Uşaq anadan doğulandan 3 yaşına qədər vaxtaşırı müəyyən peyvəndləri olunmalıdır. Bu peyvəndlər poliklinikalarda edilir. Ailə həkimləri bu peyvəndləri valideynlərə bildirməli, və bu peyvəndlər vurulmalıdır. Qızılca infeksiyasının artması onu göstərir ki, uşaqların peyvənd olmasında problem var. Qızılca infeksiyası çox təhlükəli xəstəlikdir. Yaddaş hüceyrələrini sıradan çıxarır. Bu baxımdan çox təhlükəli hesab olunur. Ona görə peyvəndlər çox önəmlidir".
Gülcahan Məmmədova