06
сентября
2016
22:59
Gənc oğlan Bakıda həyəcanlı anlar yaşatdı
Metronun "Elmlər Akademiyası" stansiyası ilə üzbəüz, Hüseyn Cavid prospekti 30 ünvanında beşmərtəbəli binanın damına çıxan oğlan özünü binadan atacağını deyib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
İntihar etmək istəyən şəxslə danışıqlar aparılıb.
Fövqəladə Hallar Nazirliyi (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov azvision.az-a bildirib ki, artıq vətəndaş binanın damından aşağı endirilib.