Среда
окт 25

Yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata görə, hava şəraitinin əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.


Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.


Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.

Комментарии (0)

Оставить комментарий