15
июля
2023
13:51
Psixoterapiya dünyada bahalı müalicə sayılır - AÇIQLAMA
Həyat şərtləri ağırlaşdıqca psixoloqlara müraciətlər də artır. Paytaxtda az qala hər iki addımdan bir psixoloji mərkəzə rast gəlinir. Seans qiymətləri isə 80-100, 100-150 manat arası dəyişir. Etiraf edək ki, qiymətlər hər kəsin cibinə uyğun deyil. Bəs müalicələr necə, effektlidirmi?
Bu günlərdə "Azərbaycanın ən bahalı psixoloqları" siyahısı dərc olunub. Bu isə hazırda psixoterapevt kimi tanınan şəxslər arasında narazılığa səbəb olub.
Siyahıda adı keçən həkim-psixoterapevt Elmir Əkbər "BiG.AZ"a açıqlamasında "hər yoldan ötənin" psixoloq kimi təqdim edilməsi ilə razı olmadığını, ölkədə psixoloq xidmətlərinin hazırkı durumunun biabırçı olduğunu etiraf edib. E.Əkbər bildirib ki, "Həkim-psixoterapevt kimi fəaliyyət göstərilməsinə Səhiyyə Nazirliyi rəsmi icazə verməli, bu şəxslərin xüsusi vəsiqələri olmalıdır. Amma bazarda kartof satıb, ya başqa işlərlə məşğul olub, sonra əldəqayırma psixoloq kimi özünü təqdim edənlər var. Nəyə görə fəlsəfəni, pedaqoji universiteti bitirən özünü psixoloq adlandırır? Onlar peqaqoji psixoloq ola, məktəblərdə, bağçalarda işləyə bilər, amma seans keçə, diaqnoz qoya bilməzlər. Hərə bir kursda sertifikat, saxta yollarla diplom alıb özünü klinik psixoloq kimi təqdim edir. Klinik psixoloq olmaq üçün həm tibbi bitirməlisən, həm də ya burda, ya xaricdə məhz bu sahə üzrə ali təhsil almalısan. Azərbaycanda psixologiya üzrə vəziyyət biabırçıdır. Bu sahəyə aidiyyəti olmayan insanlar özlərinə qiymət qoyub, kabinet, mərkəz açıb. "
Elmir Əkbər ümumiyyətlə, psixi bir pozuntusu, problemi olan şəxsin ilkin olaraq psixoloq tərəfindən qəbul olunması və müalicə vədi verilməsinin səhv olduğunu bildirdi.
Onun sözlərinə görə, diaqnozu psixiatr və həkim-psixoterapevt qoya bilər. Ondan sonra psixoloqa, amma yalnız və yalnız klnik psixoloqa yönləndirilə bilər