Tətildə kökəlməmək üçün 3 TÖVSİYƏ
Maraqlı ve Meslehetli 208

Tətildə kökəlməmək üçün 3 TÖVSİYƏ

Tətil zamanı əlavə kilolar almamaq çətindir.
May.az xəbər verir ki, fitnes məşqçisii Roman Filippenko bunun qarşısını almaq üçün öz məsləhətlərini verib.
O, üç asan qaydadan danışıb.
Birincisi, uzunmüddətli tətildən öncə ciddi pəhriz saxlamamaq lazımdır. Bir çoxları bunun əksini edib, özlərinə qidalanmada məhdudiyyətlər qoysalar da, artıq çəkidən qurtulmaq üçün belə üsul effektiv deyil.
"Əgər məzuniyyətə hazırlaşmaq istəyirsinizsə, planlaşdırılmış səfərdən iki-üç həftə əvvəl pəhrizinizi normallaşdırıb, fiziki aktivliyi artıqmağı məsləhət görürəm. Səhərlər idman edə, bir neçə saatlıq gəzintilərə çıxa bilərsiniz. Unutmayın ki, isti ölkələrə səyahətdən öncə nə qədər çox ac qalsanız, istirahət zamanı kökəlmə ehtimalı bir o qədər çoxdur", - deyə Filippenko bildirib.
Bundan əlavə, hər yeməkdən əvvəl su içmək lazımdır: bir və ya iki stəkan su iştahı azaldır.
Yeməkdən sonra isə gəzintiyə çıxmaq vacibdir, çünki bu, maddələr mübadiləsini sürətləndirəcək və həzmi yaxşılaşdıracaq.
"Gərgin məşqlər etmək və ya qızmar istidə qaçmaq vacib deyil. Aktiv idman əvəzinə, gündə ən azı iki saat gəzməyi məsləhət görürəm. Bu, əlavə kaloriləri yandırmağa və çəkini nəzarətdə saxlamağa kömək edəcək", - deyə Filippenko vurğulayıb.

Son xəbərlər