04
ноября
2019
13:57
İdmansız arıqlamağın YOLLARI AÇIQLANDI
Diyetoloqlar arıqlamaq istəyib, lakin müxtəlif səbəblərdən idmanla məşğul ola bilməyənlərə bir neçə məsləhət veriblər.
MAY.AZ-ın lenta.ru-ya istinadən verdyi xəbərə görə, həmin tövsiyələri "Food.news" dərc edib.
Belə ki, artıq çəkidən qurtulmaq istəyənlər rasionuna daha çox ət, toyuq, balıq kimi proteinlə zəngin qidaları daxil etməlidirlər. Alternativ olaraq mütəxəssislər tofu (soya kəsmiyi), lobya, noxud, qoz-fındıq, çia toxumu, balqabaq tumları və duzsuz fıstıq yeməyi məsləhət görürlər.
Bundan başqa, yalnız müəyyən bir zamanda yeməyə icazə verən "aralıqlı" oruc pəhrizi (intermittent fasting) məsləhət görülür. Məsələn, 8 saat ərzində gündəlik kaloriləri qəbul edib, 16 saat ac qalmaq. Yaxud həftədə üç gün gündəlik kalori ehtiyacının 25 faizini qəbul etmək, qalan günlər isə həddi aşmadan həmişəki kimi yemək.
Mütəxəssislər arıqlamaq istəyənlərə enerji içkiləri daxil şirin və kəmşirin içkilərdən uzaq durmağı tövsiyə edir.
Stress iştah artırdığı üçün ekspertlər stressdən çəkindirir.
Yaxşı müntəzəm yuxu da effektiv arıqlamağın şərtlərindəndir.
Daha öncə mütəxəssislər idman zalında edilən məşqlərin təklikdə qarın piyini əritmək üçün kifayət etmədiyini bildiriblər. Şəxsi məşqçi Hanna Lüisin sözlərinə görə, arıqlamaq üçün məşqlərlə yanaşı mütləq kaloriləri azaltmaq lazımdır.
Natəvan Baxşiyeva