30
мая
2023
17:35
Növbəti 5 il üçün 'Rekord temperatur' xəbərdarlığı
Mütəxəssislərin bildirdiyinə görə, yaxın 5 ildə indiyə qədərki ən isti il olan 2016-cı ildən daha isti il olacaq.
BiG.AZ xəbər verir ki, Boğaziçi Universiteti İqlim Dəyişikliyi və Siyasətlər Tətbiq və Araşdırma Mərkəzi Müdiri Prof. Dr. Levent Kurnaz Dünya Meteorologiya Təşkilatının yaydığı və artan istixana qazları ilə Sakit Okean sularını isindirən El Nino hadisəsinin qlobal istiləşməni rekord səviyyəyə çatdıracağını vurğulayan hesabatı dəyərləndirib.
Şimal qütbündəki istiləşmənin dünyanın qalan hissəsi ilə müqayisədə kifayət qədər yüksək olduğunu vurğulayan Kurnaz qeyd edib ki, yaxın 5 ildə bu bölgədə ölçüləcək temperaturlar, qalan bölgələrdəki temperatur artımından üç dəfə çox olacağı gözlənilir.
Kurnaz qeyd edib ki, dövlətlər iqlim dəyişikliyinin nəzarətdən çıxmasının qarşısını almaq üçün daha çox çalışmalıdırlar.
Aynur HÖKMÜRƏVAN