Среда
ноя 14

Ələt-Astara yolunda ağır qəza

Ələt-Astara yolunda ağır qəza


Ələt-Astara yolunda ağır qəza olub.

MAY.AZ oxu.az-a istinadən bildirir ki, noyabrın 14-də günorta saatlarında paytaxtın Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, qəza Ələt-Astara yolunun 31-ci kilometrliyində qeydə alınıb.

“Qəza nəticəsində üç avtomobil toqquşub. Üç qadın, bir kişi və uşaq xəsarət alıb”, - deyə o bildirib.

Hadisə yerinə yol polisi əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib. Faktla bağlı araşdırma aparılır.[s][/s]

Комментарии (0)

Оставить комментарий